Vergilər Nazirliyi və banklar nələri müzakirə edəcəklər?

30 dekabr tarixində Vergilər Nazirliyi ilə Azərbaycan Banklar Assosiasiyası arasında görüş keçirilməsi planlaşdırılır.

BBN.az xəbər verir ki, görüşdə müzakirələr qanunvericilikdə baş verən son dəyişikliklərlə əlaqədar bankları maraqlandıran məsələlər ətrafında olacağı gözlənilir.  Bu məsələləri aşağıdakı kimi qruplaşdırmaq olar:

  • Elektron iş və xidmətlərdən vergi tutulma mexanizmi ilə əlaqədar bankların üzləşə biləcəyi çətinliklər;
  • İri həcmli əməliyyatlara dair hesabatlılıq;
  • Nağdsız qaydada həyata keçirilməli olan bəzi əməliyyatların işləyiş mexanizmi;
  • “elektron pul kisəsinə” aid şirkətlərin identifikasiya edilməsi;
  • Vergidən azad ediləcək qeyri-işlək aktivləri əhatə edən çərçivənin müəyyənləşdirilməsi;
  • ƏDV vergisinin əvəzləşdirilməsi məsələsi;
  • Hesabdan nağdlaşdırma zamanı sadələşdirilmiş verginin tətbiqinin bank sektoruna təsiri.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır