Vergilər Nazirliyində iki idarə ləğv edilib

Vergilər Nazirliyində daha iki idarənin ləğv edilməsi ilə bağlı qərar qəbul olunub. Məlumata əsasən, onların bazasında departamentlər yaradılıb.

Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili Baş İdarəsinin bazasında Vergi qanunvericiliyinin icrasına nəzarət Departamenti, Vergi auditi və operativ nəzarət İdarəsinin bazasında isə Vergi öhdəliklərinin icrasına nəzarət Departamenti yaradılıb.

Qeyd edək ki, yeni yaradılan departamentlərin rəhbər vəzifələrinə hələ təyinat yoxdur.

Xatırladaq ki, bu vaxta qədər ləğv edilən Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili Baş İdarəsinin rəisi Zeynalabdin Məmmədzadə, Vergi auditi və operativ nəzarət İdarəsinin rəisi isə Toğrul Quliyev olub.

Mənbə: report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır