“VTB (Azərbaycan)” Easy Pay ödəniş terminalları sisteminə qoşulub

“VTB (Azərbaycan)”ın müştəriləri kreditlərinin EasyPay terminalları vasitəsi ilə də ödəyə bilər.

Bunun üçün müştərilər EasyPay terminalında Banklar bölməsində VTB (Azərbaycan)-ı seçməlidir. Bundan sonra 3 parametrdən birini daxil etmək lazımdır:

  • Müştərinin Pinkodu
  • Kredit müqaviləsinin nömrəsi
  • Kredit kartının son 6 rəqəmi

Bu variantlardan biri daxil edildikdən sonra ödəniş etmək olar. Əməliyyat başa çatdıqda müştəriyə ödənişi təsdiqləyən qəbz verilir. Kreditlər yalnız manatla ödənilir (dollar kreditləri manat ekvivalentində ödənilir).

Qeyd edək ki, EasyPay terminalları üzrə ödəniş həftənin 7 günü fasiləsiz həyata keçirilir. 17.00-dan sonra və qeyri-iş günlərində olan ödənişlər növbəti iş günü hesaba oturulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır