Xarici ticarət dövriyyəsi real ifadədə 11%-ə yaxın azalıb

2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 114 ölkəyə məhsul ixrac olunub, 176 ölkədən idxal olunub.

BBN.az Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi 21809.4 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 14018.7 milyon dollar, idxalın dəyəri 7790.7 milyon dollar təşkil edib, nəticədə 6228.0 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

2016-cı ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 11.6% artıb, real ifadədə isə 10.9%, o cümlədən ixrac 6.5%, idxal 17.6% azalıb.

Qeyd edək ki, 2017-ci ilin yanvar-noyabr aylarında 138.,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-noyabr aylarına nisbətən faktiki qiymətlərlə 24.1%, real ifadədə isə 21.8% çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır