Yanvar-noyabr aylarında 206,2 milyon ton yük daşınıb

Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2017-ci ilin yanvar-noyabr aylarında 206,2 milyon ton yük və 1786,3 milyon sərnişin daşınıb.

Dövlət Statistika Komitəsi məlumat verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,8 %, sərnişin daşınması isə 2,3 % artıb. Yüklərin 64,1 %-i avtomobil, 25,9 %-i boru kəməri, 6,3 %-i dəmir yolu, 3,6 %-i
dəniz, 0,1 %-i isə hava nəqliyyatı ilə daşınıb.

Sərnişinlərin 88,1 %-i avtomobil, 11,6 %-i metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır