Yeni ildən aksiz yığımları artırılıb

Yeni il Rusiya Federasiyasında təzə maşın sahibi olmaq istəyənlər üçün sürprizlə başlayıb. Belə ki, ölkədə yeni avtomobillər üçün aksiz yığımının, eləcə də utilizasiya yığımının dərəcələri artırılıb.

Bu ildən qüvvəyə minən qanun dəyişikliklərinə əsasən,  mühərrikinin həcmi 200 at gücündən 299 at gücünə qədər olan yeni avtomobil üçün aksiz dərəcəsi hər at gücü hesabına 897 rubl, yəni 26.3 manat müəyyənləşib.

Mühərrikinin gücü 300 at gücündən 399 at gücünə qədər olan avtomobillər üçünsə bu göstərici 925 rubl, yəni 27.1 manatdır. Mühərrikinin gücü 500 at gücündən çox olan avtomobil sahibləri hər at gücü üçün aksiz yığımı olaraq dövlət xəzinəsinə 1087 rubl, yəni 31.8 manat ödəyirlər.

Beləliklə, bu ildən Rusiyada yeni avtombillərin qiymətində 11-17% artım olacağı gözlənilir ki, mütəxəssislər indidən bunun bazara ciddi təsir göstərəcəyni proqnozlaşdırırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır