ƏƏSMN-ə müraciətlərin sayı artıb

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 30-a yaxın elektron xidmət əhalinin istifadəsindədir. Bu e-xidmətlərə cari ilin iyun ayında 612 718 müraciət qeydə alınıb.  Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə  30,3 %  çoxdur.

Ötən ay “Elektron hökumət” portalına 2 229 065 müraciət edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə iyun ayı üçün edilən zənglər bu müraciətlərin 27, 5 %-ni təşkil edir.

Ümumilikdə cari ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə  5 milyon 190 min 229 müraciət qeydə alınıb. Hazırda nazirlik tərəfindən aidiyyəti sahələr üzrə elektron xidmətlər şəbəkəsinin  genişləndirilməsi işləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır