Əhali iqtisadiyyatda olan pulun hansı hissəsini əlində saxlayır?

Mərkəzi Bankın 2016-cı il aprel ayının əvvəlinə açıqladığı statistikaya əsasən, əhalinin əlində saxladığı pulun pul bazasına nisbəti 71% təşkil edir. Bu isə son devalvasiyanın yaşandığı aydakı göstəricidən 8% bəndi yüksəkdir.

Əhalinin əlində saxladığ və şirkətlərin kassalarında olan nağd pulu əks etdirən M0 aqreqatının pul bazasına nisbəti 2015-ci ilin əvvəlindən 2016-cı ilin 4-cü ayına qədər olan dövr üçün aşağıdakı qrafikdəki kimidir:

m0pul bazası

Qeyd: Qırmızı xanalardakı  göstəricilər devalvasiya baş verdiyi ayları göstərir.

Manatın dollara olan məzənnəsi 0,78 olduğu dövrdə bu nisbət 87% təşkil edirdi. 1-ci devalvasiya baş verdikdən sonra isə pul bazasının əhalinin əində saxlanan hissəsi  5% azaldı. Bu dövrdən iyula qədər nisbi sabitlik olsa da, iyuldan sonra bu nisbətdə kəskin azalma müşahidə olunub. Hətda bu azalma 1-ci devalvasiya nəticəsində yaranan geriləmədən  2% artıqdır. Sonrakı 2 ay nisbətən sabit qalaraq 74% olsa da geriləmə hələ də davam edir.

2-ci devalvasiya baş verdikdən sonra isə bu geriləmə öz minimumuna  –  63%-ə enib. Davam edən aylarda isə bu göstəricilər əsasında geriləmə yavaş artım tempi əvəzlənməyə başlayıb və devalvasiyadan əvvəlki dövrə yaxınlşmaqdadır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır