Əhalinin əmanətləri 4%-ə qədər artıb

Azərbaycanda fəaliyyət göstərən bankların 31 oktyabr 2017-ci il tarixinə cəmi aktivləri 26,311.6 mln. manat, cəmi öhdəlikləri isə 23,216.6 mln. manat təşkil edib. Sektorun balans kapitalı 3,095 mln. manat, əhalinin əmanətləri isə sentyabr ayı ilə müqayisədə 3.6% və ya 250.7 mln. manat artaraq 7,250.2 mln. manat olub.

Qeyd edək ki, 30.09.2017-ci il tarixə əhalinin əmanətlərin 6,999.5 mln. manat təşkil edib.

Fəaliyyət göstərən 31 bankın filiallarının sayı 556, şöbələrinin sayı 142, ATM-lərin sayı 2,491 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,470 nəfər təşkil edib.

31 oktyabr 2017-ci il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.

Bank icmalı_31 oktyabr 2017

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır