Əhalinin gəlirləri artıb

2017-ci ilin birinci yarısında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 7,3 % artaraq 23526,7 milyon manata çatıb. Əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 2422,9 manat təşkil edib.

Bu dövr ərzində gəlirlərin 86,3 %-i son istehlak xərclərinə, 8,5 %-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,9 %-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 3,3 %-i isə yığıma yönəldilib.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 21526,8 milyon manatlıq vəsait qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır