Əlilliyi olan şəxslər üçün özünüməşğulluq proqramının icrası üzrə ELAN

Özünüməşğulluq proqramı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra edilən və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən dəstəklənən “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərininin yaradılması” texniki yardım layihəsinin tərkib hissəsidir

Proqramın məqsədi

Öz bizneslərini qurmaq istəyi və potensialı olan 500 nəfər əlilliyi olan şəxsi dəstəkləməkdir. Proqram işsizlərə biznes ideyalarını həyata keçirməkdə kömək etmək üçün sahibkarlıq və məsləhət üzrə pulsuz təlimlər təqdim etməyi, onlara avadanlıq və / və ya materiallar şəklində dəstək göstərməyi nəzərdə tutur.

Kimlər iştirak edə bilər?

Proqram 2019-2020-ci illər üzrə Azərbaycanın Binəqədi, Sabunçu, Abşeron, Şamaxı, Göyçay, Zaqatala, Şəmkir, Bərdə, Füzuli rayonları və Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərində icra olunacaq. Proqramda qeyd edilən rayon və şəhərlərin məşğulluq xidmətlərində qeydiyyatdan keçmiş əlilliyi olan bütün işsiz şəxslər iştirak edə bilərlər. 

Daha ətraflı məlumat üçün keçiddən istifadə edə bilərsiniz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır