Əmanətlərin Sığortalanması Fondu “Dəmir Bank”ın işçilərinin tələblərinin ödənilməsinə başlayır

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dəmirbank” ASC-nin kreditorlarının diqqətinə çatdırır ki, “Banklar haqqında” Qanunun 82.1.5-ci maddəsinə əsasən, bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri üzrə ödəniş 29 iyul 2019-cu il tarixindən etibarən başlanacaq.

Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.

Tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fonduna (Bakı şəhəri, Babər prospekti, 16) müvafiq sənədlərlə (bank rekvizitləri göstərməklə) müraciət olunmalıdır. 

Əlaqə nömrələri: (012) 596 65 91/92/93

Qaynar xətt:  941

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır