Əmanətlərin Sığortalanması Fondu kompensasiya ödənişinə başlayıb

Əmanətlərin Sığortalanması Fondu (ADİF)   “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.

Fondun rəsmi məlumatına əsasən 02 avqust 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 4 248 753 manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 3 862 356 manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 1 047 294 manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 763 466 manatdan artıq kompensasiya ödənilmişdir. Ümumilikdə 4 bank üzrə 9 921 869 manatdan artıq kompensasiya ödənilib.

25 iyul 2016-cı il tarixdə sığorta hadisəsi baş vermiş “Dekabank” ASC, “Kredobank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçiləri kompensasiyaların ödənilməsi üçün müvafiq olaraq “Dekabank” ASC, “Kredobank” ASC və “Zaminbank” ASC-nin baş ofisinə, “Parabank” ASC-nin qorunan əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət edərək öz əmanətlərini geri ala bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır