Əmanətlərin Sığortalanması Fondundan tələblərin qeydə alınması barədə – ELAN

Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.07.2016-cı il tarixli 2-1(81)-3617/2016 və  2-1 (81)-3618/2016 saylı qərarı ilə “Dekabank”ASC, eyni zamanda “Parabank”ASC məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu 25.07.2016-cı il tarixindən etibarən  qeyd edlən bankların Ləğvedicisi kimi fəaliyyətə başlayıb.

Bununla  əlaqədar  olaraq  məcburi ləğv  edilmiş  Banka  qarşı tələblər bu elanın dərcindən 60 təqvim günü ərzində Ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınacaqdır.

Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim  etməlidirlər:

– kreditorun adı,ünvanı;
– tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
– tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Kreditorlardan xahiş olunur ki, bu elanın dərcindən 60 gün ərzində bankın ləğvedicisinə müraciət etsinlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır