“Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişikliklər edilməsi təsdiqlənib

Prezident İlham Əliyev “Əmanətlərin sığortalanması haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanunu təsdiqləyib.

Dəyişikliyə əsasən, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında MBNP-nin bir nümayəndəsi, Mərkəzi Bankın bir nümayəndəsi, müvafiq icra hakimiyyəti orqanlarının üç nümayəndəsi və iştirakçı bankların təqdimatı ilə onların iki nümayəndəsi təmsil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır