ƏMDK tərəfindən 139 əmlak hərraca çıxarılacaq

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 12 sentyabr tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Hərraca ümumilikdə 139 dövlət əmlakı çıxarılıb. Bunlardan  20-i səhmdar cəmiyyəti, 35-i kiçik dövlət müəssisə və obyekti, 84-ü istifadəsiz qeyri-yaşayış sahəsidir.

Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Şirvanda olan Yardımçı təsərrüfatdır. 157 min 500 manata təklif olunan müəssisənin torpaq sahəsi 150 min kv.m, ümumi faydalı sahəsi isə 200 kv.m-dir. Bundan başqa Bakıda yerləşən 20 saylı mağaza 135 min manata, paytaxtın Sabunçu rayonunda olan Respublika Baytarlıq Sanitar dezinfeksiya Dəstəsi 134 min manata hərraca çıxarılıb.

Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumat üçün keçidə daxil olun.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır