ƏMDK tərəfindən növbəti əmlak hərracı keçirilib

6 mart tarixində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti əmlak hərracı  keçirilib. Hərracda 17 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 5-i kiçik dövlət müəssisəsi, 12-si isə qeyri-yaşayış sahəsidir.

BBN.az xəbər verir ki, Elektron hərracların tətbiqi özəlləşmədə aktivliyi yüksəldərək investor marağını daha da artırıb. Budəfəki hərracda rayon sakinlərindən biri onlayn hərraca qoşulmaq imkanından yararlanıb. Vətəndaşın onlayn qoşulduğu hərracda isə rəqabət müşahidə edilib. Belə ki, ümumi faydalı sahəsi 10 kv.m-ə yaxın olan əmlakın ilkin start qiyməti 3 min manat olmasına baxmayaraq 8 min 500 manata sahibini tapıb.

Bundan başqa Bakının Suraxanı rayonunda yerləşən qeyri-yaşayış sahəsinin hərracında da eyni tendensiya müşahidə edilib. ilkin start qiyməti 1750 manat olan adı çəkilən əmlak ən son 1920 manata özəlləşdirilib. Həmin əmlakın ümumi faydalı sahəsi isə 18 kv.-ə yaxındır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır