ƏMDK tərəfindən növbəti əmlak hərracı keçirilib

6 fevral 2018-ci il tarixində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.

BBN.az xəbər verir ki, budəfəki hərracda 2 qeyri-yaşayış sahəsi özəlləşdirilib. Hərracda özəlləşdirilən qeyri-yaşayış sahələri Bakı və Sumqayıt şəhərlərində yerləşir.

Bakı üzrə özəlləşən əmlak Nərimanov rayonunda yerləşir. Ümumi faydalı sahəsi 17 kv.m olan əmlakdan ofis, xidmət obyekti kimi istifadə etmək olar. Ən yüksək qiymətə özəlləşdirilən əmlak Sumqayıt şəhərində yerləşən qeyri-yaşayış sahəsi olub.

Qeyd edək ki, Komitə tərəfindən növbəti belə hərrac 13 fevral tarixində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır