Əmlak Məsələləri Dövlət Komitəsində geniş müşavirə keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2019-ci ilin yanvar-mart ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatlardan danışan Komitə sədri Kərəm Həsənov qeyd edib ki, həyata keçirilən uğurlu islahatlar nəticəsində idarəetmə müasir dövrün tələblərinə uyğunlaşdırılır, xidmətlərin elektron müstəvidə vətəndaşlara çatdırılması prosesi sürətləndirilir, o cümlədən elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqi genişləndirilir, qanunvericilik bazası təkmilləşdirilir.

Ölkə rəhbərinin müəyyən etdiyi iqtisadi strategiya və tapşırıqlara uyğun olaraq 2019-ci ilin ilk 3 ayında Əmlak Məsələləri Dövlət Komitəsi də əmlak idarəçiliyi sahəsində görülən işlər və yeni layihələrlə ölkədə aparılan islahatlara öz töhfəsini verib.

Bu sahədə ən mühüm hadisələrdən biri 2019-cu ilin ilk günlərində ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə Əmlak Xidmətləri Məkanının açılışının olmasıdır. Elektron idarəetmə sisteminin tətbiq edildiyi Məkanda xidmətlər daha dəqiq, proseduralar daha sürətlə yerinə yetirilir. Vətəndaşların müraciət imkanları daha da yaxşılaşıb,  şəffaflıq, eləcə də vaxta qənaət prinsipi təmin edilib. Qısa müddət keçməsinə baxmayaraq  Məkana 50 minə yaxın vətəndaş müraciəti daxil olub.

Daha ətraflı məlumat üçün keçidə daxil ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır