Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov vətəndaşlarla görüşəcək

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 25 yanvar, 2019-cu il tarixində Qobustan şəhərində vətəndaş qəbulu keçirəcək. Qəbul saat 10:00-da Olimpiya İdman Mərkəzində  keçiriləcək. Qəbulda Qobustan rayonu ilə yanaşı Şamaxı, Ağsu, Hacıqabul rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

BBN.az xəəbər verir ki, qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır