ƏMDK-nin sədrinin Ağsu rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Ağsu rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilərək 25 avqust 2018-ci il tarixinə keçirilib. Vətəndaş qəbulu saat 10:00-da Ağsu şəhərində yerləşən Uşaq Gənclər İnkişaf Mərkəzində keçiriləcək. Qəbulda Ağsu rayonu ilə yanaşı Şamaxı və Qobustan rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

BBN.az Əmlak Məsələləri Dövlət Komitəsinə əsasən qəbulda yuxarıda qeyd olunan rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır