Ən çox istifadə olunan veb saytlar hansılardır?

İsrail mərkəzli analitika şirkəti “SimilarWeb” internet istifadəçilərinin cari ilin iyun ayı üçün ən çox istifadə etdiyi veb-səhifələrin sıralamasını dərc edib.

Sıralamaya istinadən, ən çox kliklənən veb sayt “Google.com” olub. Belə ki, iyunda bu veb sayta daxilolmaların sayı 60.5 milyard olub.

“Youtube.com” 24.3 milyard daxilolma ilə ikinci yerdə qərarlaşıb. Üçüncü olan “Facebook.com” veb saytının daxilolmaları 20 milyona yaxın olub.

Sıralamada dördüncü yeri Çin Xalq Respublikasının vətəndaşları tərəfindən istifadə edilən “Baidu.com” (9.8 milyard daxilolma) tutub. .

Beşinci yer isə 4.7 milyard daxilolma ilə “Yahoo.com” veb-səhifəsinə layiq görülüb.

Baxış müddətinə görə isə “Youtube.com” veb saytı digərlərindən öndədir. Belə ki, istifadəçilərin iyun ayı boyunca bu saytda sərf etdikləri ortalama müddət 22 dəqiqəyə yaxın olub.

Ümumilikdə isə, ən çox istifadə olunan veb saytların 60-ı ABŞ, 14-ü Çin, 7-si Yaponiya, 5-i Rusiya mərkəzli şirkətin məhsuludur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır