Ən dəyərli alman şirkətləri hansılardır?

İngiltərə mərkəzli beynəlxalq strateji konsaltinq şirkəti “Brand Finance” özündə Almaniya mərkəzli şirkətlərinin dəyərinə görə sıralamasını əks etdirən “Germany 100” hesabatını dərc edib.

Hesabata istinadən, Almaniyanın ən bahalı şirkəti avtomobil nəhəngi “Mercedes-Benz” olub. Belə ki, şirkətin brend dəyəri ötən ilə nisbətən 25.9% artaraq, 60.4 milyard dollar olub.

“Deutsche Telekom” şirkəti 15.2% bahalaşaraq, 46.3 milyard dollar ilə ikinci yerdə qərarlaşıb. Üçüncü olan “Volkswagen” brendinin ümumi dəyəri isə 4.4% artaraq 41.7 milyard dollar olub.

Sıralamada dördüncü və beşinci yerlərlərə isə müvafiq olaraq, “BMW” (40.5 milyard $) və “Porsche” (29.3 milyard $) şirkətləri layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır