“Ət, süd və arıçılıq məhsullarının istehsalı sahəsində mövcud vəziyyət və inkişaf perspektivləri”nə dair regional konfrans keçirilib

İyunun 12-də Yevlaxda Aran Regional İnkişaf Mərkəzində İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin təşkilatçılığı ilə “Ət, süd və arıçılıq məhsullarının istehsalı sahəsində mövcud vəziyyət və inkişaf perspektivləri”nə dair regional konfrans keçirilib. Konfransın keçirilməsində əsas məqsəd bu sahələrdə mövcud vəziyyət, dövlət dəstək mexanizmləri, tətbiq olunan müasir texnologiyaların səmərəliliyi, istehsalçılar, emalçılar və təchizatçılar arasında dəyər zənciri üzrə işgüzar münasibətlərin genişləndirilməsi, eləcə də bu sahənin gələcək inkişaf istiqamətləri üzrə müzakirələrin aparılması və sahibkarların maarifləndirilməsi idi.

Aidiyyəti dövlət qurumlarının, sahibkar birliklərinin, müvəkkil kredit təşkilatlarının nümayəndələri və sahibkarların iştirak etdiyi konfrans çərçivəsində heyvandarlıq sahəsində tətbiq olunan qabaqcıl texnika, dərman preparatları, heyvandarlıq komplekslərinin tikintisində istifadə olunan avadanlıqlar nümayış olunub, ət, süd və arıçılıq məhsullarının sərgisi keçirilib.

Konfransın əvvəlində sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirləri və əldə edilmiş nailiyyətləri əks etdirən “Dayanıqlı inkişafın əsası – sahibkarlıq” filmi nümayiş olunub.

Daha ətraflı məlumat üçün keçidə daxil ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır