Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgilərinə başlandı - BBN

Əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgilərinə başlandı

Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzinin yetirmələrinin əl işlərinin satış-sərgilərinə başlanıb.

İlk satış-sərgi bu gün 1 saylı DOST Mərkəzində təşkil olunub və iki gün (hər gün saat 11:00-dən 17:00-dək) davam edəcək. Xalçaçılıq, toxuculuq, rəssamlıq, oyma növləri üzrə müxtəlif əl işləri sərgilənərək satışa çıxarılıb.

Ümumilikdə aprel-may ayları ərzində belə satış-sərgilərin təşkili nəzərdə tutulub.

Sosial Xidmətlər Agentliyi, “ASAN xidmət” və Bakı Gənclər Mərkəzinin birgə  təşkilatçılığı ilə ardıcıl olaraq təşkil olunacaq satış-sərgilərin tarixləri və ünvanları belədir:

  • 28-29 aprel, saat 11:00-17:00 – 1 saylı DOST Mərkəzi;
  • 4 may, saat 12:00-18:00 – 1 saylı “ASAN xidmət” mərkəzi
  • 7 may, saat 11:00-19:00 – Bakı Gənclər Mərkəzi;
  • 17 may, saat 12:00-18:00 – 5 saylı “ASAN xidmət” mərkəzi;
  • 21 may, saat 12:00-18:00 – 4 saylı “ASAN xidmət” mərkəzi;
  • 26-27 may, saat 11:00-17:00 – 3 saylı DOST Mərkəzi.

Əsas məqsəd əlilliyi olan şəxslərin istedad və bacarıqlarının cəmiyyətə tanıdılmasına, yaradıcılıq imkanlarına, fəaliyyətlərinin stimullaşdırılmasına, ümumən bu kateqoriyadan olan vətəndaşların  cəmiyyətə inteqrasiyasına yaxından dəstək olmaqdır.

Related posts

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı