Home » Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi səyyar monitorinqləri davam etdirir

Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi səyyar monitorinqləri davam etdirir

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi artıq 4 ildir ki, əmək münasibətlərinin tənzimlənməsi sahəsində fəaliyyət göstərir. Bu dövr ərzində Mərkəz tərəfindən tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 207 monitorinq həyata keçirilib. Monitorinqlər zamanı 7848 nəfər yoxlanılıb və bu işçilərdən 1426 nəfərinin əmək və ya xidməti (mülki) müqavilə olmadan işə cəlb edildiyi aşkar edilib. Yoxlanılmış işçilərin 379 hüquqi və fiziki şəxsi təmsil etdiyi müəyyən edilib.

Keçirilmiş monitorinqlər zamanı əmək və ya xidməti müqavilə olmadan 10 nəfərdən az şəxsi işə cəlb etmə ilə bağlı 154 işəgötürən üzrə, 10 nəfər və daha çox şəxsi işə cəlb etmə ilə bağlı isə 45 işəgötürən üzrə pozuntu halı qeydə alınmışdır. Qeydə alınmış pozuntu halları üzrə, ümumilikdə 1,900,000 manat məbləğində cərimə və sanksiya tətbiq edilib.

Qeyri-formal məşğulluqla mübarizə çərçivəsində reallaşdırılan yoxlama tədbirləri ilə yanaşı əmək münasibətlərinin rəsmiləşdirilməsinin təşviq edilməsinə yönəlik müxtəlif təbliğat və maarifləndirmə tədbirləri də həyata keçirilir. Son 4 il ərzində Mərkəz, Bakı şəhərində yerləşən 386-dan çox tikilməkdə olan çoxmənzilli yaşayış obyektində işçi və işəgötürənlərlə maarifləndirmə xarakterli görüşlər keçirib. Görüşlər zamanı qeyri-formal məşğulluğu doğuran səbəblər müzakirə edilib, həll yolları təklif olunub və metodiki tövsiyələr verilib.

Həyata keçirilən yoxlama və maarifləndirmə tədbirləri nəticəsində Bakı şəhərinin tikinti sektorunda əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində əhəmiyyətli dərəcədə müsbət dəyişikliklər müşahidə edilir. Belə ki, monitorinqlər keçirilməyə başlanıldığı dövrdə çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan işçilərin 33.8%-i rəsmi qeydiyyat olmadan çalışırdısa, hazırda bu göstərici 5.9 %-ə qədər azalıb.

Keçirilmiş 207 səyyar monitorinqin hər birindən sonra yalnız monitorinq edilmiş işəgötürənlər üzrə 177 717 əmək müqaviləsi imzalanıb.

Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi bildirir ki, əmək müqavilələri elektron formada rəsmiləşdirilməli, əmək bildirişləri sistemində müqavilə hüquqi qüvvəyə minmədən işçi işə cəlb olunmamalıdır. İşəgötürənlərə əmək münasibətləri ilə bağlı qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etmələri, işçilərə isə işə başlamazdan əvvəl əmək müqaviləsinin bağlanılmasını tələb etmələri tövsiyə olunur.

Tikinti sektorunda səyyar monitorinqlər davam etdirilir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.