Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Əmək sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır - BBN

Əmək sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin İş Sağlığı ve Güvenliği Araştırma ve Geliştirme Enstitüsü Başkanlığının nümayəndələri arasında onlayn görüş keçirilib.

İki Nazirlik arasında Birgə Daimi Komissiyasının 10-cu iclasında imzalanmış Tədbirlər Planının 12-ci bəndinin icrası olaraq keçirilən görüş müvafiq sahədə qarşılıqlı faydalı təcrübə mübadiləsinin aparılmasına xidmət edib.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin və İş Sağlığı ve Güvenliği Araştırma ve Geliştirme Enstitüsü Başkanlığının rəhbərləri Azərbaycan və Türkiyənin qardaşlıq və dostluq münasibətinin günü-gündən inkişaf etdiyini vurğulayıblar. Əmək sahəsində də əlaqələrin daim inkişaf etməkdə olduğu, təcrübələrin bölüşülməsinin faydası qeyd edilib.

Hər iki tərəf fəaliyyət istiqamətləri və gördükləri işlər, gələcək planlarına dair təqdimatlarla çıxış ediblər. Azərbaycanda Əməyin Mühafizəsi Mərkəzinin qurulması işlərində də Türkiyə təcrübəsinə üstünlük verildiyi vurğulanıb.

Görüşdə fəaliyyət sahələri ilə bağlı qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Related posts

Azərbaycan və Belarus turizm sahəsində əməkdaşlığı gücləndirir

“Azerconnect Group” “mygov” platformasına qoşulub

SOCAR-ın ABŞ şirkətləri ilə birgə həyata keçirdiyi layihələr barədə fikir mübadiləsi aparılıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı