Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən yeni layihə – “Himayədar ailə”

Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində yaşamasını nəzərdə tutan yeni “Himayədar ailə” qayğı modelinin tətbiqi nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə müvafiq institusional hazırlıq, qanunvericilk bazasının yaradılması işlərinə başlanıb.

“Himayədar ailə” modeli deinstitutlaşmada yeni mərhələ olmaqla, valideyn himayəsindən məhrum uşaqların uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və onların ailə mühitində böyüməsinə şərait yaradılmasını, bununla bərabər, himayədar ailələrə dəstək verilməsi mexanizmini özündə ehtiva edir.

Yeni modelin daha təkmil, müraciət edən vətəndaşların maraq və istəklərinə uyğun qurulması məqsədilə Nazirlik tərəfindən onlayn sorğu keçirilir. Hər kəs sorğuda iştirak edərək yeni “Himayədar ailə” qayğı modelinin tətbiqinə töhfə verə bilər.

1 sentyabr 2021-ci il tarixinədək keçiriləcək sorğuda iştirak üçün aşağıdakı linkə daxil olmaq lazımdır:

https://docs.google.com/forms/d/e/1FAIpQLSduBfWmSXLcTv1Dog_xVh0O_RKsn9zUB-E7E5CDrZuDnXqrgA/viewform

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı