Home » ƏƏSMN “ASAN xidmət indeksi” üzrə qiymətləndirmədə birinci yeri tutub

ƏƏSMN “ASAN xidmət indeksi” üzrə qiymətləndirmədə birinci yeri tutub

by bbnadm
0 rəy 5 baxış 2 dəqiqə oxuma

2019-cu ilə aid qiymətləndirmədə 20-ci yerdə olan Nazirliyin yeni qiymətləndirmədə artıq birinci yerə yüksəlməsi qurumun əhaliyə xidmətlər sahəsində islahatlarının növbəti uğurlu nəticəsidir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaş̧lara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət indeksi” üzrə 2022-ci il qiymətləndirməsinin nəticələrini açıqlayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “ASAN xidmət indeksi” üzrə yeni qiymətləndirmədə əvvəlki dövrlər üzrə nəticələrini daha da artıraraq 88% nəticə ilə birinci yerdə qərarlaşıb. 

Beləliklə, 2019-cu ilə dair qiymətləndirmədə 20-ci yerdə olan Nazirlik 2020-ci il üzrə 5-ci yeri, 2021-ci il üzrə 2-ci yeri, bu gün açıqlanan yeni qiymətləndirmədə isə ilk yeri tutub.

Bu nailiyyət Nazirlik tərəfindən əhaliyə xidmətlərin keyfiyyətinin artırılması, o cümlədən “ASAN xidmət indeksi” üzrə qiymətləndirmənin aparıldığı istiqamətlərdə (müraciət, xidmətdən yararlanma imkanlarının inkişaf etdirilməsi, şəffaflığın təmin olunması, vətəndaşların məlumatlandırılması, elektronlaşdırılma ilə bağlı prosesin sürətləndirilməsi və s.) son illər aparılan ardıcıl islahatların növbəti uğurlu nəticəsidir.

“ASAN xidmət indeksi” üzrə 2022-ci il qiymətləndirməsi 24 mərkəzi icra hakimiyyəti orqanının 254 xidməti, 15 yerli icra hakimiyyəti orqanının 171 xidməti və 9 hüquqi şəxsin 74 xidməti daxil olmaqla, ümumilikdə 499 xidməti əhatə edib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “ASAN xidmət indeksi” üzrə yeni qiymətləndirmənin əhatə etdiyi xidmətlərinin sayına görə də (22 xidmət) ilk yerdə olub.

Mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti və hüquqi şəxslər üzrə ən yüksək göstəriciləri olan qurumlar mükafatlandırılıb.

“ASAN xidmət indeksi” üzrə qiymətləndirmə BMT tərəfindən yüksək qiymətəndirilib. 

Qurumlar tərəfindən bu istiqamətdə hər ötən il əvvəlki ildən daha yüksək nəticələrin əldə olunduğu bildirilib. 

Qeyd edək ki, Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edilmiş xidmətlərin “ASAN xidmət indeksi” üzrə parametrlər əsasında qiymətləndirilməsi Prezident cənab İlham Əliyevin 2014-cü il 11 sentyabr tarixli  Fərmanına əsasən aparılır. 

Qiymətləndirilmənin keçirilməsində əsas məqsəd dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.