Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 66 əməkdaşı səfərbərlik üzrə hərbi xidmətə yola salındı - BBN

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 66 əməkdaşı səfərbərlik üzrə hərbi xidmətə yola salındı

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli Sərəncamı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində çalışan və ehtiyatda olan hərbi vəzifəlilər tərəfindən də böyük ruh yüksəkliyi ilə qarşılanıb.

Sərəncama uyğun olaraq, Nazirlik sistemindən 66 əməkdaş ehtiyatda olan hərbi vəzifəlilər kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırışına əsasən səfərbərlik üzrə hərbi hissələrə yola salınıblar.

Onlar işğal olunmuş ərazilərimizin düşməndən azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlar həyata keçirən Ordumuzun sıralarına qoşulmaqdan şərəf və qürur hissi keçirdiklərini  vurğulayıblar.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı