Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Əməkhaqlarının birgə maliyələşdirilməsi proqramı üzrə 378 şəxsə iş üçün göndəriş verilib - BBN

Əməkhaqlarının birgə maliyələşdirilməsi proqramı üzrə 378 şəxsə iş üçün göndəriş verilib

Şəhid ailəsi üzvlərinin və müharibə iştirakçılarının məşğulluğunun təminatına  əməkhaqlarının birgə maliyyələşdirilməsi Proqramı çərçivəsində də dəstək göstərilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentiyi tərəfindən həmin proqram çərçivəsində işəgötürənlərlə bağlanmış müqavilələr əsasında artıq 378 şəxsə işlə təmin edilmək üçün göndəriş verilib.

Onlardan böyük hissəsi ilə qısa müddətdə əmək müqaviləsi bağlanıb. Proqram üzrə işlə təmin olunanların bir hissəsi də Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və həmin müharibənin iştirakçılarıdır.

Əməkhaqlarının birgə maliyyələşdirilməsi Proqramına qoşulmaq üçün artıq 114 işəgötürən müraciət edib. “Məşğulluq” altsisteminə vakansiyalar  yerləşdirən, müəyyən edilmiş prioritet iqtisadi sahələr üzrə vakansiyası olan həmin işəgötürənlərlə müqavilələrin imzalanması, göndəriş verilmiş şəxslərlə əmək müqavilələrinin bağlanması prosesi davam edir.

Bu proqram əsasında göndəriş verilmiş və işəgötürənlər tərəfindən işlə təmin edilən şəxslərin əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir. İşəgötürənlər proqrama https://forms.gle/2kkhuMqDUHUuSjtB6  linkinə daxil olaraq müraciət edə bilərlər.

Related posts

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı