Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Əməkhaqqı kartları ilə ölkədaxili istənilən bankomatdan nağdlaşdırma komissiyasız oldu - BBN

Əməkhaqqı kartları ilə ölkədaxili istənilən bankomatdan nağdlaşdırma komissiyasız oldu

Muğanbank əməkhaqqı kart sahiblərinə ölkənin bütün bankomatlarından heç bir xidmət haqqı olmadan 500 AZN-ə qədər vəsait çıxarmaq imkanı verən yeni “ALL ATM” layihəsinə start vermişdir.

Belə ki, adıçəkilən layihə Bankın əməkhaqqı kart sahiblərinin öz vəsaitlərini ölkədaxili istənilən bankın bankomatından komissiyasız və rahat əldə etməsini təmin etmək üçün nəzərdə tutulmuşdur.

Qeyd etmək istərdik ki, nağdlaşdırılan vəsait aylıq 500 AZN limit məbləğini keçdikdə, komissiya yalnız 500 AZN-dən yuxarı olan məbləğə görə hesablanacaqdır. Məsələn, müştəri 600 AZN məxaric etdikdə, vəsaitin 100 AZN məbləği üçün komissiya mövcud tarifə uyğun olaraq tətbiq ediləcəkdir.

Həmçinin, Muğanbankın əməkhaqqı kartlarında qalıq vəsaitə görə illik 5% gəlir əldə etmək mümkündür.

Müştərilər “ALL ATM” layihəsi haqqında ətraflı məlumatı 933 Məlumat mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərlər.

Related posts

AccessBank istehlak kreditinin maksimum məbləğini 50 000 AZN-ə qədər artırdı

Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edir

Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı