Əqli mülkiyyətlə bağlı dəyirmi masa keçirilib

“Müasir əqli mülkiyyət ekosisteminin inkişafı: əqli mülkiyyət ofislərinin təkamülü və mütəxəssislərin hazırlanması” mövzusunda dəyirmi masada Ümumdünya Əqli Mülkiyyət Təşkilatının nümayəndələrinin iştirakı ilə əqli mülkiyyətin KOB-lar üçün önəmi, bu sahədə ölkəmizdə həyata keçirilən dəstək tədbirləri barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) təşkilatçılığı ilə “Müasir əqli mülkiyyət ekosisteminin inkişafı: əqli mülkiyyət ofislərinin təkamülü və mütəxəssislərin hazırlanması” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə dövlət qurumlarının, ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

Dəyirmi masada Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov və WIPO-nun Baş direktorunun müavini Hasan Kleyb mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında əqli mülkiyyətin KOB-lar üçün önəmi və bu sahədə Agentliyin fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, əqli mülkiyyət KOB subyektinə özünü digər müəssisələrdən və rəqiblərdən fərqləndirməyə imkan verir. Araşdırmalar göstərir ki, əqli mülkiyyət hüquqlarına malik olan KOB-lar hər hansı məhsul və ya xidmət üzərində müvafiq hüquqa malik olmayanlara nisbətən daha çox gəlir əldə edir. KOBİA KOB-lara əqli mülkiyyət məsələri ilə bağlı da dəstək göstərir. Belə ki, Agentlik əqli mülkiyyət hüquqları, ticarət nişanlarının və patentlərin biznes üçün önəmi, onların alınması istiqamətində KOB-ları məlumatlandırır, təlim və məsləhət xidmətləri göstərir. Agentliyin qrant mexanizmi çərçivəsində patentlərin alınmasına, innovativ sahibkarlığı təşviq edən startapların qeydiyyatına, məhsulların (xidmətlərin) satışına, patentləşdirilməsinə və xarici bazarlarda təşviqinə dəstək verilir. KOBİA-dan “Startap” şəhadətnaməsi alan KOB-lar ticarət nişanını qeydiyyata alırlar. KOB evlərində Əqli Mülkiyyət Agentliyi tərəfindən sahibkarlara patentin alınması, əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydiyyatı üzrə xidmətlər göstərilir.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı