Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Əsas kapitala yönəldilmiş vəsait 13053,6 milyon manat təşkil edib - BBN

Əsas kapitala yönəldilmiş vəsait 13053,6 milyon manat təşkil edib

2022-ci ilin yanvar-noyabr aylarında əsas kapitala 13053,6 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz çox vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 14,7 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 24,5 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 7161,1 milyon manatı və ya 54,9 faizi məhsul istehsalı sahələrinə, 5069,1 milyon manatı (38,8 faizi) xidmət sahələrinə, 823,4 milyon manatı (6,3 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 10081,0 milyon manatını və ya 77,2 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 9596,1 milyon manatı və ya 73,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 48,4 faiz, büdcə vəsaitləri 37,3 faiz, əhalinin şəxsi vəsaitləri 7,8 faiz, bank kreditləri 2,7 faiz, sair vəsaitlər isə 3,8 faiz təşkil etmişdir.

Related posts

Maliyyə Nazirliyinin Regional Xəzinədarlıq İdarələri yenidən təşkil edilir

ADB: Azərbaycanda dayanıqlı istiqraz bazarının formalaşmasını dəstəkləməyə hazırıq

Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı