Home » Əsas kapitala yönəldilmiş vəsait 1965,2 milyon manat təşkil edib

Əsas kapitala yönəldilmiş vəsait 1965,2 milyon manat təşkil edib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

2020-ci ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1965,2 milyon manat vəsait yönəldilmiş, sərf edilmiş vəsaitin 58,7 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil etmişdir. Ümumi sərmayənin 68,3 faizi məhsul istehsalı sahələrinə, 20,6 faizi xidmət sahələrinə, 11,1 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 58,3 faizini təşkil etmişdir.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 65,3 faiz, büdcə vəsaitləri 17,1 faiz, əhalinin şəxsi vəsaitləri 7,0 faiz, bank kreditləri 5,1 faiz, sair vəsaitlər 3,1 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 2,4 faiz təşkil etmişdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.