ƏSF “Günay Bank”ın ləğvedicisi təyin edilməsi ilə bağlı üçüncü bildirişini dərc edib

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) “Günay Bank” ASC-nin ləğvedicisi təyin edilməsi ilə bağlı üçünçü bildirişini dərc edib.

BBN.az Fonda istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin 18 may 2023-cü il tarixli 2-3(103)-42/2023 saylı qərarı ilə “Günay Bank” ASC müflis elan edilib və iflas proseduruna başlanıb.

Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərarına əsasən Əmanətlərin Sığortalanması Fondu “Günay Bank” ASC-nin ləğvedicisi təyin edilib.

Bildirilib ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 %-dən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Banklar haqqında” Qanunun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə əsasən “Günay Bank” ASC-nin lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.

Related posts

ABA-nın “Daxili audit işi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilmişdir

Yelo Bank-dan 12 ay güzəşt müddətli biznes krediti

İKZF 50 mln. manat həcmində sənədsiz adlı, faizli ipoteka istiqrazları yerləşdirəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı