Ətraf mühit, sosial və korporativ idarəetmə üzrə Beynəlxalq Konfrans keçirilib

Bizneslərin “yaşıl iqtisadiyyat”da rolunun artırılması və korporativ idarəetmə prinsiplərinin tətbiqinin genişləndirilməsi müzakirə edilib. 

Ətraf mühit, sosial və korporativ idarəetmə üzrə I Bakı Beynəlxalq Konfransı keçirilib. “GEM ESG Consulting”in təşkilatçılığı ilə keçirilmiş tədbirdə dövlət qurumlarının nümayəndələri və sahibkarlar iştirak ediblər. 

Tədbirdəki çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bizneslərin “yaşıl iqtisadiyyat”da rolunun artırılması və korporativ idarəetmə prinsiplərinin tətbiqinin genişləndirilməsinin önəmini qeyd edib. Bildirilib ki, biznes subyektlərinin korporativ sosial məsuliyyət (KSM) tədbirləri təkcə cəmiyyət üçün deyil, həm də şirkətlər üçün faydalıdır. Azərbaycanın biznes icması tarixi irsi davam etdirərək fəaliyyətlərində korporativ sosial məsuliyyət prinsiplərinə diqqət göstərir. “COVİD-19” pandemiyası, Vətən Müharibəsi dövründə, eləcə də bu yaxınlarda qardaş Türkiyədə baş vermiş zəlzələ zamanı yerli sahibkarlar dəstək tədbirlərində fəal iştirak ediblər. KOBİA KSM yaşamasını daim təşviq edir, bu sahədə müxtəlif proqram, layihə və təşəbbüslər həyata keçirir.

Related posts

Azərbaycan-Türkiyə Avropa yaşıl enerji dəhlizi: İdeyadan gerçəkliyə

Növbəti hərracda 13 nəqliyyat vasitəsi satılıb

Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Nə? Harada? Nə zaman?” intellektual yarışması keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı