01 iyul 2019-cu il tarixinə xarici dövlət borcu barədə məlumat

01 iyul 2019-cu il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 8,920.0 milyon ABŞ dolları (15,164.1 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 19.0 faiz (2019-cu il üçün proqnozlaşdırılan 79,649.0 milyon manat ÜDM-ə nisbətdə) təşkil edib. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır