06 avqust hərracında paytaxt və bölgələrdəki dövlət əmlakları özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən avqustun 6-sı dövlət əmlaklarının özəlləşdirilməsi üzrə hərrac keçirilib. Növbəti açıq və şəffaf hərracda kiçik dövlət əmlakları və qeyri-yaşayış sahələri üzrə sifariş vermiş investorlar iştirak etdi. Bu dəfə özəlləşdirilən dövlət müəssisələri paytaxtla yanaşı Qazax və Zaqatala rayonlarında yerləşir.

Qeyd edək ki, 14 avqust tarixində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçiriləcək. Budəfəki hərracda özəlləşdirməyə 80 dövlət əmlakı çıxarılıb. Bunlardan 46-sı kiçik dövlət müəssisə və obyekti, 22-si səhmdar cəmiyyəti, 9-u qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir. Hər kəsin elektron hərrac xidmətlərindən istifadə etməklə özəlləşdirməyə qoşulmaq imkanı var. Komitənin rəsmi saytı (emdk.gov.az) və ya Özəlləşdirmə portalı (privatization.az) vasitəsilə seçim, sifariş prosedurlarından keçərək iştirakçı statusu qazanmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır