1-ci rübdə Energetika Nazirliyi və tabeli qurumlara 2052 müraciət daxil olub

2024-cü ilin birinci rübü ərzində Energetika Nazirliyi və tabeli qurumlara 2052 vətəndaş müraciəti daxil olub.

Müraciətlərin 1662-si müvafiq qaydada icra edilib, 240-ı isə məlumat xarakterli olub (müraciətin geri götürülməsi, təşəkkür və digər). 150 müraciət isə icradadır.

Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma, texniki şərtin verilməsi, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, qaz təchizatı, sayğaclaşma, bərpa olunan enerji, icazələrin verilməsi və digər mövzularla bağlı olub.

Hesabat dövründə Nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 87 vətəndaş qəbul edilib və qəbullarda səsləndirilən müraciətlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı