Maliyyə Nazirliyi 10 mln. manat həcmində istiqraz yerləşdirib

Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

30 avqust 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0101011515 ISIN kodlu, 91 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 8 investor tərəfindən 15 sifariş təqdim olunub və sifarişlərin nominal üzrə ümumi məbləği 33,714,500.00 AZN təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır