Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
100-ə yaxın yerli şirkətin məhsulları və istehsal texnologiyaları “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi”ndə nümayiş olunacaq - BBN

100-ə yaxın yerli şirkətin məhsulları və istehsal texnologiyaları “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi”ndə nümayiş olunacaq

“1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi”ndə Bakı və regionlarda fəaliyyət göstərən şirkətlərin qida, qeyri-qida, mebel, inşaat materialları, proqram təminatı, tekstil məhsulları sərgilənəcək.

Sabah Bakı İdman Sarayında Azərbaycanda ilk dəfə olaraq keçiriləcək “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi” öz işinə başlayacaq.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə keçiriləcək sərgidə 100-ə yaxın yerli şirkət tərəfindən istehsal edilən məhsullar və istehsal texnologiyaları təqdim olunacaq. Bakı şəhərində və ölkə regionlarında fəaliyyət göstərən şirkətlərin məhsulları qida, qeyri-qida, mebel, inşaat materialları, proqram təminatı, tekstil məhsulları kimi sahələri əhatə edəcək.

Sərginin məqsədi yerli məhsulların geniş istehlakçı auditoriyasına tanıdılması, yerli brendlərin istehsal texnologiyaları barədə alıcıları məlumatlandırmaq, alıcılar və satıcılar arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, yerli məhsulların ixracı sahəsində əməkdaşlığın genişləndirilməsidir.

“1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi”nə İş adamları Cəmiyyətinin Milli Assosiasiyası, Dövlət Məşğulluq Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası da dəstək göstərir.

Dekabrın 9-dək davam edəcək sərgi çərçivəsində həmçinin müxtəlif müsabiqələr, təqdimatlar və “B2B” görüşlər keçiriləcək.

Sərgidə ziyarətçi qismində iştirak etmək ödənişsizdir. Ziyarətçilər sərgidən əvvəl marsolexpo.az saytında və ya sərgi günü məkanda qeydiyyatdan keçə bilərlər.

Related posts

ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun üzvü İlham Hüseynov “Arbitration for Business Impact” adlı tədbirdə çıxış edib

Azərbaycan ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycan bankları BƏƏ-nin “Jisr” multi-CBDC platforması ilə bağlı müzakirələr aparıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı