Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
11 ayda ölkədə elektrik enerjisi istehsalı 4,0% artıb - BBN

11 ayda ölkədə elektrik enerjisi istehsalı 4,0% artıb

Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2022-ci ilin noyabr ayında Azərbaycanda elektrik enerjisinin istehsalı 2506,0 mln. kVt·st təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 96,0 mln. kVt·st, yaxud 4,0% artması deməkdir.

Ötən ay ərzində elektrik enerjisinin idxalı 10,5 mln. kVt·st olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,1 mln. kVt·st, ixrac isə 448,9 mln. kVt·st olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 216,9 mln. kVt·st artıb.

Ümumilikdə 2022-ci ilin yanvar-noyabr aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 978,2 mln. kVt·st, yəni 3,9% artaraq 26 260,3 mln. kVt·st olub.

Hesabat dövründə ötən ilin 11 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 623,3 mln. kVt·st artaraq 24 404,9 mln. kVt·st, SES-lərdə 339,4 mln. kVt·st artaraq 1 532,8 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 15,5 mln. kVt·st artaraq 322,6 mln. kVt·st olub.

11 ay ərzində külək elektrik stansiyalarında 79,1 mln. kVt·st, günəş elektrik stansiyalarında 59,0 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 184,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

2022-ci ilin yanvar-noyabr ayları üzrə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 23 696,7 mln. kVts (İES-lərdə 22 277,2 mln. kVt·st, SES-lərdə 1 419,5 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 439,8 mln. kVt·st (İES-lərdə 285,8 mln. kVt·st, SES-lərdə 99,4 mln. kVt·st, GES-də 54,6 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 59,3 mln. kVt·st,  müstəqil elektrik stansiyaları üzrə isə 2 064,5 mln. kVt·st təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin idxalı 126,3 mln. kVt·st, ixracı isə 2 546,8 mln. kVt·st, olub.

Related posts

“Big Mac” indeksinə görə Azərbaycan manatı dollara qarşı 36 % ucuz qiymətləndirilir

Ekspert: Neftin qiymətində hər 10 dollarlıq artım Azərbaycanın tədiyə balansına 2,2 mlrd. manat əlavə vəsait gətirir

Azərbaycanda maliyyə sektoru üzrə məzunların iş tapmaqla bağlı çətinlikləri açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı