11% inflyasiya baş verib

2016-cı ilin yanvar-mart aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin eyni dörü ilə mqayisədə 10,8 faiz bahalaşıb.

Bu haqda Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ərzaq məhsullarının qiymətləri 13,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4 faiz bahalaşıb.

Həmçinin məlumatda qeyd edilir ki,  2016-cı ilin mart ayında fevral ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,3 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,5 faiz bahalaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır