Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
11 mikro sahibkara “Startap” şəhadətnaməsi verilib - BBN

11 mikro sahibkara “Startap” şəhadətnaməsi verilib

“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 105-ə çatıb.

Daha 11 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Şəhadətnamə almış KOB subyektlərindən hamısı mikro, 3-ü qadın sahibkardır. Layihələrin əksəriyyəti xidmət sektorunu əhatə edir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən “Startap” şəhadətnamələri “Think” MMC-nin gözəllik xidməti və məhsulların satışı üçün onlayn marketpleys, “Hellojob” MMC-nin onlayn iş elanları platfoması, Ramil Qədirovun saxlama seyflərinin avtomatik idarə edilməsi üçün aparat-proqram kompleksi, “S2J İNC.” şirkətinin avtomobil paylaşımı (icarə) üçün mobil tətbiqi, “Allin.Us” MMC-nin onlayn sorğu platforması, “Mərtəbələr” MMC-nin daşınmaz əmlak alqı-satqısının asanlaşdırılması üçün elektron platforması, “Telsat” MMC-nin mobil telefonların satışı üzrə onlayn platforması, “Hirpo” MMC-nin işçilərin xidməti fəaliyyətinin ölçülməsi və idarə edilməsi platforması, “Flash Expo” MMC-nin sərgi və yarmarkalarda iştirakın məsafədən təşkili üçün onlayn platforması, “All Fitness” MMC-nin fitness klublara abunəlik və dəqiqə hesabı qoşulmaq üçün platforması və “Metatesk” MMC-nin onlayn təhsil platforması layihələrinə təqdim edilib.

Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 105-ə çatıb.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Related posts

2025-ci ildə 59 mikro və kiçik sahibkar innovativ layihələr üzrə vergi güzəştləri əldə edib

“Startup School 3” layihəsinin 4 məzunu Silikon Vadisində keçiriləcək “Entrepreneurship Olympiad”larında ödənişsiz iştirak edəcək

Daha 18 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı