“1232 ailə gəlirlərini artırmağa imkan verən təsərrüfatlarını yaratdı”

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin direktoru xanım Olqa Kulayeva ilə görüş olub. Görüşdə BƏT-in Baş direktorunun Ofisinin əməkdaşı Frans Oye də iştirak edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov aktiv əmək bazarı proqramlarının, o cümlədən özünüməşğulluq proqramının hazırlanması və icrasında BƏT-in dəstəyini yüksək dəyərləndirib: “2017-ci ildə ölkəmizdə aztəminatlı ailələrin yoxsulluqdan kiçik biznesə çıxışına şərait yaradan özünüməşğulluq proqramının icrası sahəsində ilk uğurlu təcrübə formalaşdı. 1232 ailə bu proqramla əhatə olunaraq onlara gəlirlərini artırmağa imkan verən təsərrüfatlarını yaratdı. Bu təcrübə aztəminatlı ailələrin sosial müdafiəsində məşğulluq amilinə əsaslanan aktiv istiqamətin daha da güclənməsinə səbəb olub. Gələn ildən isə işsizlikdən sığorta sisteminin tətbiqinə başlanılmaqla yaranacaq yeni büdcə aktiv məşğulluq tədbirlərinin, eyni zamanda özünüməşğulluq proqramının miqyasını genişləndirməyə təminat verəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır