Netflix yaxın aylarda ABŞ-da parol paylaşımını bloklamağa başlayır

Netflix yaxın aylarda ABŞ istifadəçiləri üçün parol paylaşımını bloklamağa başlayır. Sözügedən maneənin Azərbaycana nə vaxt gələcəyi dəqiq deyil.

Netflix-in parol paylaşımını bloklaması xəbəri uzun müddətdir gündəmdə idi. Bir çox Netflix istifadəçisi üçün cansıxıcı olan bu parol paylaşma maneəsi əslində hazırda Kanada, Yeni Zelandiya, Portuqaliya və İspaniya kimi bəzi ölkələrdə tətbiq olunur. Bununla belə, platformanın əsas mərkəzi olan ABŞ-da istifadəçilər parol paylaşma bloklamasının nə vaxt aktivləşdiriləcəyini bilmirdilər. İndi paylaşılan məlumata görə Netflix-in iyul ayından əvvəl ABŞ üçün parol paylaşımını dayandıracağı iddia edilir.

Hazırda yuxarıda qeyd etdiyimiz ölkələrdə Netflix ödəniş edən istifadəçilərdən hesabları üçün “əsas yeri” təyin etməyi tələb edir.

Bundan sonra, birlikdə yaşamadıqları biri hesabdan istifadə edərsə Netflix onlara əlavə üzv almaq üçün xəbərdarlıq edir. Netflix deyir ki, o, hər hesaba iki əlavə üzvə icazə verəcək və əlavə istifadəçi üçün onun qiyməti ölkəyə görə dəyişəcək. Misal üçün Kanadada 7,99 Kanada dolları, Portuqaliyada isə 3,99 avro əlavə ödəniş sistemi mövcuddur.

Qeyd edək ki, parol paylaşımını bloklamağı tətbiqindən əlavə Neftlix şirkəti 25 il əvvəl işə saldığı DVD icarəsi xidmətini bağlayacağını elan edib.

Related posts

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

“Uşaq Qaynar Xətti”nə son altı ayda 851 müraciət daxil olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı