Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
13 minə yaxın vətəndaşın oğurlanmış kart məlumatları aşkarlanıb - Xəbərdarlıq - BBN

13 minə yaxın vətəndaşın oğurlanmış kart məlumatları aşkarlanıb – Xəbərdarlıq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) tərəfindən istifadəçilərə qarşı elektron təhlükələrin qarşısının alınması və baş vermiş kiberhücumların araşdırılması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Qurum baş vermiş kiberhücumların mənbələrinin müəyyən edilməsi istiqamətində yerli və xarici şirkətlərlə əməkdaşlıq edir.

ETX Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının da üzv olduğu yerli kibertəhlükəsizlik startapı olan “Cypho” ilə birlikdə sosial şəbəkələrdə ölkənin nüfuzlu banklarının və maliyyə təşkilatlarının adından vətəndaşlara saxta lotereya, uduş vədləri verərək onların bank və şəxsi məlumatlarının ələ keçirilməsi ilə nəticələnən kiberdələduzluq hallarını araşdırıb.

Araşdırma nəticəsində son iki ay ərzində kiberdələduzlar tərəfindən ələ keçirilən 13000-ə yaxın vətəndaşa məxsus müxtəlif bankların kart məlumatlarının bazası aşkar edilib. Əldə olunmuş məlumatlar zərərçəkmiş vətəndaşların məlumatlandırılması məqsədilə aidiyyəti üzrə təqdim olunacaq.

ETX vətəndaşlardan bu cür hallara qarşı diqqətli olmağı və hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq dəqiqləşdirməyi tövsiyə edir. Həmçinin bu hallarla qarşılaşan vətəndaşlardan “1654” qaynar xətti və ya reports@cert.az e-poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermələri xahiş olunur.

Related posts

İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib

Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu makroiqtisadi vəziyyəti müzakirə edib

Azərbaycan Respublikasının Mərkəzi Bankı: Pul-kredit siyasəti inflyasiyanın hədəf diapazonunda saxlanılmasına yönəlib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı