14 bank 32 mln. dollar alıb

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb, bu vəsaitdən 32,4 milyon ABŞ dolları məbləğində vəsait 14 banka və 10 milyon ABŞ dolları məbləğində vəsait isə Azərbaycan Respublikası Mərkəzi Bankına satılıb.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcəkdir.

Qeyd edək ki, 26 aprel 2016-cl ildə baş vermiş hərracda isə vəsaitin əksər hissəsini (30 mln. dollar) Mərkəzi Bank almışdı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır