14 yaşdan yuxarı gənclər üçün “Digital Azerbaijan Talent School” təlim düşərgəsinə qeydiyyat başladı

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən istedadlı gənc proqramçılar üçün keçirilən “Digital Azerbaijan Talent School” təlim düşərgəsinə qeydiyyata start verilir.

Düşərgə Almaniyanın aparıcı universitetlərindən olan “Constructor University” ilə birlikdə hazırlanıb. Hibrid (onlayn və oflayn) formatda keçiriləcək proqram 2024-cü ilin avqust-noyabr aylarını əhatə edəcək. Təlim düşərgəsi beynəlxalq proqramlaşdırma müsabiqələrinin tələblərinə əsasən hazırlanıb. İnformatika  və proqramlaşdırma üzrə əsas bacarıqların inkişafına yönəlmiş təlimlər “Constructor University”nin ekspertləri tərəfindən keçiriləcək. Yekunda təlim iştirakçıları beynəlxalq sertifikatlarla təltif olunacaqlar.

Düşərgə beynəlxalq proqramlaşdırma olimpiadalarına hazırlıq məqsədilə “Advanced Computer Science ” və qızlar arasında İKT-ni təşviq etmək məqsədilə “Girls in IT” olmaqla 2 istiqamətdə baş tutacaq.

“Digital Azerbaijan Talent School” təlim düşərgəsinə 14 yaşdan yuxarı sinif şagirdləri və universitet tələbələri müraciət edə bilərlər.

Elə indi aşağıdakı linklər vasitəsilə qeydiyyatdan keçin:

“Advanced Computer Science” istiqaməti üçün: https://bit.ly/advancedcomputerscienceskills

“Girls in IT” üçün istiqaməti üçün: https://bit.ly/girlsinit

Son qeydiyyat tarixi: 11 avqust 2024

Proqram ingilis dilində keçiriləcək. Təlimlərdə iştirak tam ödənişsizdir.

Qeyd edək ki, məqsəd alqoritmik təfəkkür və peşəkar proqramlaşdırma biliklərini inkişaf etdirməkdir. “Digital Azerbaijan Talent School”da iştirak etməklə gənclər olimpiada tipli yarışlara, beynəlxalq təhsil proqramlarına qəbula hazırlaşmaq və proqramlaşdırma sahəsində gələcək karyera üçün bacarıqlar əldə etmək şansı qazanacaqlar.

Related posts

Dövlət Xidməti internet tariflərinin artımı ilə əlaqədar araşdırmalara başlayıb

Google, Gemini AI ilə süni intellektdə yeni bir dövr açır

“AzInTelecom” tərəfindən 23 minə yaxın IMEI koda “klon” statusu verilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı